Deputat: Ermənistanda hakimiyyət dəyişikliyi prioritet məsələdir – ÖZƏL
14 Aprel 2025 12:35 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan bildirib ki, ölkənin hazırkı xarici siyasəti xalqın maraqlarını əks etdirmir və buna görə də hakimiyyət dəyişikliyi əsas prioritet olmalıdır.
O, hakimiyyətin tez-tez müharibə təhlükəsi ilə şərtləri qəbul etdirməyə çalışdığını və bununla cəmiyyətdə apatiya yaradaraq etirazların qarşısını almağa çalışdığını qeyd edib. Abramyan həmçinin hakim partiya "Vətəndaş sazişi"nin 2018 və 2021-ci illərdə verdiyi sülh vədlərinin əksinə olaraq müharibələrin və ərazi itkilərinin baş verdiyini xatırladıb.
Deputat Qarabağda baş verənlərə də toxunaraq, 2023-cü ilin sentyabrında bölgədən 100 mindən çox insanın zorla köçürüldüyünü, oradakı dövlət institutlarının isə təzyiqlə buraxıldığını vurğulayıb.O, hakimiyyətin bu məsələlərlə bağlı açıqlamalarına inam olmadığını deyib.