Avstraliyada iki britaniyalı turist boğulub– ÖZƏL

Olalar.az xəbər verir ki, Avstraliyanın Seventeen Seventy qəsəbəsi sahillərində iki britaniyalı - 17 yaşlı oğlan və 46 yaşlı kişi - xilasedicisiz çimərlikdə dənizə girdikdən sonra boğularaq həlak olublar. Onlar polis helikopteri ilə sudan çıxarılsa da, hadisə yerində ölüblər.

Həmçinin bir avstraliyalı kişi də ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun insanları xilas etməyə çalışdığı güman olunur. Hadisə ilə bağlı polis cinayət şübhəsi olmadığını bildirib.

Royal Life Saving Australia-nın məlumatına görə, 2024-cü ildə ölkədə 107 nəfər boğulub və onların 25%-i xarici mənşəlidir. Turistlərə yalnız bayraqlarla işarələnmiş ərazilərdə üzmək tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31