Papuaşvili: Demokratiyanı nifrətlə möhkəmləndirmək mümkün deyil – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb ki, nifrət yayan və zorakılığa təhrik edən QHT-lər və media nümayəndələri vətəndaş cəmiyyəti sayıla bilməz. Onun sözlərinə görə, bu cür təşkilatlar həm Qərbin, həm də demokratik dəyərlərin ideyasını təhrif edir.

Papuaşvili qeyd edib ki, iki gün əvvəl gecə saatlarında radikal müxalifət fəalları parlament sədrinin müavini Tea Tsulukianinin evinin qarşısına toplaşaraq ona və ailəsinə, o cümlədən azyaşlı övladına qarşı təhqir və təhdidlər səsləndiriblər. Bundan əvvəl isə müxalif yönümlü QHT rəhbərlərindən biri olan Baya Pataraya sosial şəbəkədə Tsulukianiyə ölüm arzulayıb.

Parlament sədri bildirib ki, bu cür nifrət dili QHT-lər və onların nəzarətində olan media vasitələrində adi hala çevrilib və xarici donorlar tərəfindən maliyyələşdirilən bu qurumlar ölkədə siyasi qütbləşməni və vətəndaş qarşıdurmasını dərinləşdirməyə çalışırlar. Onun fikrincə, bu, onların hakimiyyət uğrunda mübarizədə əsas taktikasına çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31