Siyarto: Macarıstan Aİ görüşündə Ukraynaya hərbi yardımın davam etdirilməsinə qarşı çıxacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, ölkəsi Avropa İttifaqı xarici işlər nazirlərinin növbəti görüşündə Ukraynaya hərbi yardımın davam etdirilməsi təşəbbüslərini dəstəkləməyəcək.

Nazir bu fikirlərini Lüksemburqda həmkarları ilə keçiriləcək toplantıya yola düşərkən bildirib. Onun sözlərinə görə, Aİ görüşündə əsas gündəm məsələləri - sanksiyalar, silah tədarükü, Ukraynanın üzvlüyü və bu ölkəyə daha çox maliyyə ayrılması olacaq.

"Lakin əminəm ki, edilməsi gərəkən yeganə şey sülh təşəbbüslərinə dəstək verməkdir," - deyə Siyarto vurğulayıb. O bildirib ki, hər gün sülhün tezliklə əldə edilməsinin vacibliyini sübut edən daha inandırıcı faktlar ortaya çıxır. "Sülh üçün atəşkəs və uğurlu danışıqlar zəruridir," - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31