Bəzi ölkələr üçün istisnalar tətbiq oluna bilər, lakin rüsumlar 10%-dən aşağı olmayacaq - Tramp
12 Aprel 2025 13:37 DünyaABŞ Prezidenti Donald Tramp bəzi ölkələr üçün cavab rüsumlarında istisnalar tətbiq edilə biləcəyini istisna etməyib.
Olaylar.az-ın məlumatına görə, Tramp bu barədə cümə günü prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bəli, əlbəttə, bir neçə istisna ola bilər, lakin mən deyərdim ki, 10 % minimum həddir", - deyə Tramp vurğulayıb.
O əlavə edib ki, hazırda "bir çox ölkə" ABŞ ilə ticarət sazişlərinin bağlanması üzrə məsləhətləşmələr aparmaq istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31