BMT-nin Suriya üzrə xüsusi elçisi: Rusiya ilə əməkdaşlıq davam edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, BMT-nin Suriya üzrə xüsusi elçisi Geyr Pedersen Rusiya ilə əməkdaşlığını davam etdirdiyini bildirib. Onun sözlərinə görə, Antalyada keçirilən diplomatik forum çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş planlaşdırılmayıb.

"Əlbəttə, mən Rusiya ilə işləməyə davam edirəm, lakin bu forumun kuluarlarında Sergey Lavrovla görüşməyəcəyəm. Mən birbaşa hava limanına gedirəm", - deyə Pedersenin qeyd edib. 

Diplomata Moskvaya səfər planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sual ünvanlandıqda, o, bu ehtimalın istisna olunmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31