Fransız generalı: “Avropa İttifaqı Rusiya ilə münaqişəyə getməyəcək”- ÖZƏL
12 Aprel 2025 12:23 DünyaAvropa İttifaqı Rusiya ilə münaqişəyə getməyəcək, bu barədəki bütün bəyanatlar sadəcə "söz müharibəsidir". Olaylar.az xəbər verir ki, bu fikri Fransız Ordusunun generali, Şərəf Legionu ordeni sahibi Dominik Delavard "Stratpol" nəşrinə verdiyi müsahibədə səsləndirib.
"Avropa ABŞ-i əvəz edə bilməz. Rusiya ilə müharibəyə hazır olmaqla bağlı səsləndirilən bütün fikirlər sadəcə ritorikadan ibarətdir. Mən əminəm ki, Rusiya ilə Avropa İttifaqı arasında real münaqişə olmayacaq," - deyə general bildirib.
Delavardın sözlərinə görə, son illər ərzində Fransada müdafiə qabiliyyətini artırmaq üçün heç bir ciddi addım atılmayıb və ordunun effektivliyini artırmaq üçün artıq onilliklər tələb olunacaq. Onun fikrincə, Avropa ölkələrinin hazırkı liderləri öz xalqları arasında populyarlıqdan məhrumdurlar.
General həmçinin qeyd edib ki, "Rusiya təhdidi" sadəcə Avropa vətəndaşlarını qorxutmaq üçün uydurulmuş mifik bir hekayədir: "Avropanın əsl düşməni ruslar deyil, onu idarə edən liderlərdir. Bizim əsl düşmənlərimiz idarəedicilərimizin arasında gizlənir," - deyə o bildirib.
Sonda Delavard vurğulayıb: "Avropanın böyük bir müharibədə qalib gəlmək üçün nə entuziazmı, nə də birliyi var."