Vladimir Putin və Stiv Vitkof Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər- ÖZƏL
12 Aprel 11:31 DünyaVladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkof arasında keçirilən görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsinin həlli aspektləri olub. Olaylar.az xəbər verir ki, bu barədə Kremlin yaydığı rəsmi açıqlamada bildirilir.
"Rusiya Federasiyasının Prezidenti ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv U
Vitkofla görüş keçirib. Görüşün əsas mövzusu Ukrayna münaqişəsinin həlli ilə bağlı müxtəlif aspektlər olub", - deyə Kremlin bəyanatında qeyd olunur.
Görüş Sankt-Peterburqda baş tutub və təxminən dörd saat yarım davam edib. Stiv Vitkof daha sonra Rusiyanı tərk edərək Omana yollanıb. Bildirilir ki, Oman ABŞ və İran arasında keçiriləcək yüksək səviyyəli dolayı danışıqlara ev sahibliyi edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31