ABŞ bu sahədən gündə 2 milyard dollar qazandırır
9 Aprel 2025 10:41 DünyaABŞ Prezidenti Donald Trampın sözlərinə görə, ölkəyə idxal olunan mallara tətbiq edilən gömrük rüsumları Amerika büdcəsinə hər gün 2 milyard dollar gəlir gətirir.
"Biz gündəlik təxminən 2 milyard dollar gömrük rüsumu əldə edirik. İşlər çox yaxşı gedir", - deyə Tramp bildirib.
Amerikalı lider əlavə edib ki, artıq 70-dən çox ölkə ABŞ-la tariflərlə bağlı razılaşma əldə etmək istədiyini bəyan edib. /APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31