ABŞ Ukraynaya qıfıl və avtomobil açan cihazlar göndərmək istəyir– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Ukraynaya şifrəli qıfılları və avtomobil qapılarını açmaq üçün xüsusi avadanlıqlar göndərmək niyyətindədir. Bu barədə RİA Novosti ABŞ hökumət sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamenti narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməkdaşlıq çərçivəsində Ukrayna üçün 39 adda avadanlıq - o cümlədən müxtəlif növ qıfıl açan cihazlar və avtomobilləri, qarajları, şlaqbaumları açmağa imkan verən sistemlərin alınmasına sifariş verib. Bu texnika Ukraynada axtarış orderlərinin icrası zamanı istifadə ediləcək.

Qeyd olunur ki, bu yardım ABŞ-nin Beynəlxalq Narkotik Dövriyyəsinə Qarşı Mübarizə və Hüquq Mühafizə Fəaliyyəti Bürosu vasitəsilə həyata keçirilir.

Keçmiş milli təhlükəsizlik rəsmisi Sergey Krivonos isə Ukraynanı "asılı ölkə" adlandırıb və ABŞ-dən gələn yardımlara işarə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31