Peskov Trampın Ukraynadakı bombardmanlarla bağlı bəyanatına cavab verib– ÖZƏL

Olaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, ABŞ Prezidenti Donald Trampın "Ukraynaya bombardmanları dayandırın" çağırışına münasibət bildirərək qeyd edib ki, Prezident Vladimir Putin atəşkəsin vacibliyi fikrini dəstəkləyir.

Peskovun sözlərinə görə, atəşkəsə qədər hələ Rusiyanın cavab gözlədiyi bir sıra mühüm məsələlər həll edilməlidir. O deyib:
"Bu, Kiyev rejiminin nəzarətsizliyi ilə bağlıdır - terrorçu bölmələrə nəzarət edə bilmirlər, onlar sadəcə Kiyevin sözünə baxmırlar... Həmçinin bu, Kiyevin demilitarizasiyası planları ilə bağlıdır. Bütün bu məsələlər gündəmdədir."

Peskov əlavə edib ki, Rusiya atəşkəsin mümkün qədər tez həyata keçirilməsi ideyasını dəstəkləyir, lakin əvvəlcə ölkənin maraqlarının qorunması təmin olunmalıdır. O həmçinin bildirib ki, Rusiya və ABŞ arasında yeni danışıqların tarixi hələ müəyyən olunmayıb.

Xatırladaq ki, Tramp jurnalistlərlə söhbətində Ukraynaya qarşı davam edən bombardmanları tənqid etmiş və Moskvanı onları dayandırmağa çağırmışdı:
"Biz Rusiya ilə danışırıq və istəyirik ki, onlar bunu dayandırsın. Mən bombardmanları bəyənmirəm. Onlar durmadan davam edir və hər həftə minlərlə gəncin həyatına son qoyur," - deyə Tramp qeyd etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31