Tramp Ukraynanın "bombalanmasını" pislədi

"Vaşinqton Rusiyanın Silahlı Qüvvələrinin Ukraynanın "bombalanmasını" dayandırmasını istəyir". 

Olaylar.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərlə "Air Force One" təyyarəsində söhbət edərkən bildirib.

"Biz Rusiyaya səslənirik, ondan dayandırmasını istəyirik. Mən bombalanmanı bəyənmirəm. Bombalanmalar davam edir və davam edir," deyə Tramp qeyd edib.

ABŞ prezidenti münaqişədə böyük itkiləri vurğulayıb və bir daha bildirib ki, bu müharibə onun prezident olduğu halda baş verməzdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31