Moskva və Vaşinqton növbəti görüşlərin tarixlərini hələ müəyyən etməyib – ÖZƏL

Moskva və Vaşinqton hələ növbəti əlaqələrin konkret tarixlərini müəyyən etməyib. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

"Doğrudan da, davam etməliyik. Bu, ümumi bir anlaşmadır. Lakin hələ konkret bir tarix yoxdur. Tarix müəyyənləşəndə sizləri məlumatlandıracağıq," - deyə Kremlin nümayəndəsi qeyd edib.

Əvvəlcə, Rusiya Prezidenti yanında Xarici İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriev, növbəti Rusiya-Amerika əlaqələrinin bu həftə baş tutacağını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31