Netanyahu Vaşinqtona gəlib- ÖZƏL
7 Aprel 13:06 DünyaOlaylar.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtona gəlib. Reuters-in məlumatına görə, görüşdə müzakirə ediləcək əsas məsələlər arasında Qəzza zolağında davam edən müharibə və İsrailə tətbiq olunan gömrük rüsumları yer alır.
Netanyahu, görüş zamanı Qəzza zolağında 18 ay ərzində girov saxlanılan israilli vətəndaşların vəziyyətini, həmçinin Qəzza müharibəsində qələbə məsələlərini müzakirə edəcəyini bildirib. Bundan əlavə, müzakirə ediləcək mövzular arasında İsrail-Türkiyə münasibətləri, İran təhdidi və Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı məsələlər də var.
Netanyahu, görüşdən öncə qeyd edib ki, ABŞ prezidenti Tramp-dan İsrailə tətbiq olunan rüsumları yüngülləşdirməsini gözləyir: "Ümid edirəm ki, bunu həyata keçirə biləcəyəm. Bu, iqtisadiyyatımız üçün çox vacib olan bir məsələdir. Mən, İsrailin iqtisadiyyatı üçün bu çox mühüm məsələni müzakirə etmək üçün Tramp ilə görüşən ilk xarici liderəm," - deyə Netanyahu bildirib.
Trampın yeni gömrük siyasətinə əsasən, İsrailin mallarına 17% rüsum tətbiq edilir. Netanyahu, Vaşinqtona gələn zaman həyat yoldaşı Sara ilə birlikdə Vaşinqtonun Blair evinə gedib və burada ABŞ Ticarət naziri Hovard Latnik və Ticarət nümayəndəsi Deymison Grier ilə produktiv görüş keçirib.
Netanyahu, bu görüşün "isti və məhsuldar" olduğunu bildirib. İsrailin baş naziri Vaşinqtona Macarıstandan gəlib və görüşlərin 8 aprelə qədər davam edəcəyi planlaşdırılıb, lakin bəzi məlumatlara görə, səfər uzadıla bilər.