Bu ölkənin paytaxtı su altında qaldı
7 Aprel 2025 12:35 DünyaKonqo Demokratik Respublikasının paytaxtı Kinşasa şəhərində leysan yağışları paytaxtı su altında qoyub.
Olaylar.az xəbər verir ki, ölkənin səhiyyə departamentinin məlumatına görə, yağışlardan sonra torpaq sürüşmələri nəticəsində ən azı 30 nəfər ölüb, çox sayda insan isə müxtəlif xəsarətlər alıb.
Şiddətli yağışlar səbəbindən paytaxtın bəzi ərazilərində suyun səviyyəsi yüksəlib və ətrafdakı bir çox yer su altında qalıb. Torpaq sürüşmələri nəticəsində binalar dağılıb, avtomobillər batıb və şəhərin infrastrukturuna ciddi ziyan dəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31