Belarus səfiri: Bernə Ukrayna konfransına görə təzyiq olub– ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarusun İsveçrədəki səfiri Aleksandr Qaneviç bildirib ki, 2024-cü ilin iyununda Ukrayna ilə bağlı keçiriləcək konfransa Rusiya və Belarusun dəvət edilməməsi Bernə xarici təzyiqlərin göstəricisidir. Onun sözlərinə görə, "əgər İsveçrə dəvət göndərməyibsə, ya bu, onların şəxsi qərarıdır, ya da xaricdən təzyiq olub".

Qaneviç qeyd edib ki, Rusiya olmadan keçiriləcək "sülh konfransı" münaqişənin həlli baxımından qeyri-ciddi görünür. O əlavə edib ki, bu tədbir daha çox oxşar mövqe tutan ölkələrin "öz aralarında" keçirdiyi toplantıya çevrilib və Rusiya ilə Belarusun iştirakı həmin tonallığa uyğun gəlmirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31