Gürcüstanda televiziya kanallarının xarici maliyyələşmısinə qadağa qoyulub- ÖZƏL

Gürcüstan Parlamenti, "Televiziya Yayımı haqqında" qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib. Qanun, televiziya kanallarının xarici maliyyələşməsini qadağan edir. Olaylar.az xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat verib. Dəyişikliklərə 86 deputat səs verib, "qarşı" səs verən olmayıb.

Yeni qanuna əsasən, televiziya kanallarının "xarici güc" tərəfindən maliyyələşdirilməsi qadağan edilir. Qanun layihəsinin izahında bildirilir ki, televiziya və radio yayımçıları tərəfindən yayımlanan məlumatlar geniş etibar qazanır və cəmiyyətdəki fikir formalaşmasına təsir edə bilər. Qanun yalnız kommersiya reklamı, televiziya alış-verişi və xaricdən maliyyələşən reklamların televiziya proqramlarında yerləşdirilməsinə icazə verir.

"Xarici güc" anlayışı ilə xarici dövlətin sisteminə daxil olan, Gürcüstan vətəndaşı olmayan fiziki şəxslər, Gürcüstanda qeydə alınmamış hüquqi şəxslər və xarici dövlətin yurisdiksiyasına tabe olan təşkilatlar nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31