Mask yenə dünyanın ən varlı adamı oldu
1 Aprel 16:55 DünyaABŞ Hökumətinin Səmərəliliyi Departamentinə nəzarət edən İlon Mask dünyanın ən zəngin milyarderləri siyahısına başçılıq edir.
Olaylar.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Nəşr onun sərvətini 342 milyard dollar dəyərində qiymətləndirib. İkinci yerdə sərvəti 216 milyard dollar olan Metanın baş direktoru Mark Zukerberq qərarlaşıb. Üçüncü yerdə 215 milyard dollarlıq sərvətlə Amazonun qurucusu Ceff Bezos gəlir.
Növbəti sırada sərvəti 192 milyard dollar dəyərində qiymətləndirilən Orakle korporasiyasının yaradıcılarından biri Larri Ellison dayanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31