Myanmada növbəti güclü zəlzələ baş verib
1 Aprel 16:09 DünyaMyanmada Mandalay şəhərinin yaxınlığında növbəti güclü zəlzələ baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa- Aralıq Dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar Bakı vaxtı ilə 15:00 radələrində qeyd alınıb. Onlardan ən şiddətlisi 5 bal gücündə olub.
Zəlzələnin episentri 1,2 milyondan çox insanın yaşadığı Mandalay şəhərindən 16 kilometr cənub-qərbdə olub, hiposentri isə (yeraltı ocağı) 35 dərinlikdə qeydə alınıb.
Dağıntılar və itkilər barədə hələ ki, məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31