İrandan ABŞ-a sərt mesaj: “Peşman olacaqlar!”

"Heç kimin İranla güc dili ilə danışmasına icazə verməyəcəyik".

Olaylar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

O bildirib ki, düşmənlər İslam Respublikasını hədələdikləri üçün peşman olacaqlar.

"ABŞ-ın Yəmənə zərbələrinin İrana qarşı təcavüzün ilkin mərhələsi olduğu ilə bağlı iddialar bizim üçün yeni bir şey deyil. Bu cür təhdidlər əvvəllər də çox eşidilib. İran heç vaxt təhdidlərə dözməyəcək", - o vurğulayıb.

Araqçı qeyd edib ki, Yəmənə qarşı hücumlar uğursuzluqla başa çatacaq:

"Onları bununla məğlub etmək mümkün deyil". (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31