Pakistanın keçmiş baş naziri İmran Xan Nobel Sülh Mükafatına namizəd olub- ÖZƏL

Pakistanın hüquq müdafiə təşkilatı Pakistan World Alliance (PWA) keçmiş baş nazir İmran Xanı insan hüquqları və demokratik dəyərlərin qorunmasına verdiyi töhfəyə görə Nobel Sülh Mükafatına namizəd göstərib. Olaylar.az xəbər verir ki, bu barədə The Times of India" PWA-nın bəyanatına əsasən məlumat yayıb. Bu, İmran Xanın ikinci dəfə bu nüfuzlu mükafata namizədliyinin irəli sürülməsidir. 2019-cu ildə o, Hindistan ilə hərbi gərginliyi azaltmaq üçün göstərdiyi səylərə görə də namizəd olmuşdu.

İmran Xan, "Ədalət Hərəkatı" adlı ən böyük müxalifət partiyasının rəhbəri olub və 2018-2022-ci illərdə Pakistanın baş naziri vəzifəsini icra edib. 2022-ci ilin aprelində parlamentin etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən isə o, korrupsiya və səlahiyyətlərindən sui-istifadə etmə ittihamı ilə 14 illik həbs cəzasını çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31