Gürcüstanda "vətənə xəyanət" haqda qanun qəbul olunub
1 Aprel 14:37 DünyaGürcüstan parlamenti üçüncü və yekun oxunuşdan ölkənin cinayət məcəlləsinə vətənə xəyanət maddəsinin qaytarılması haqda qanunu qəbul edib.
Olaylar.az xəbər verir ki, plenar iclas Gürcüstan qanunverici orqanının rəsmi saytında canlı yayımlanıb.
Parlamentin sədri Şalva Papuaşvilinin bildirdiyinə görə, 86 nəfər qanunun lehinə səs verib, əleyhinə səs verən olmayıb.
"Qanun imzalanması üçün ölkənin prezidenti Mixail Kavelaşviliyə təqdim olunacaq", - deyə parlament sədri bildirib.
Qeyd edək ki, Gürcüstanda 1991-ci ildə qəbul olunmuş qanun 2007-ci ildə ləğv olunmuşdu.
Vətənə xəyanət maddəsi Gürcüstan ərazilərinin başqa bir ölkəyə verilməsi, xarici dövlətlə konstitusiyaya zidd müqavilələrin imzalanması, Gürcüstana qarşı hərbi əməliyyatlar aparmaq məqsədilə xarici dövlətlə əlaqələrin qurulması, xarici kəşfiyyat xidmətinə qoşulma, digər ölkəyə hərbi texnikanın verilməsi, dövlət sirrinin ötürülməsi, casusluq, diversiya və ya Gürcüstanın maraqlarına zərər vurmaq məqsədilə xarici dövlətə kömək edilməsi ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 10 qüvvədə olan maddəsini birləşdirəcək.
Bu maddələrdən birini və ya bir neçəsini pozmaq vətənə xəyanət ittihamı ilə nəticələnəcək.