Tramp daha pisdir, Ukraynaya raket yerləşdirəcək - Sobolev

Əgər Vaşinqton resursları və infrastrukturu ilə Ukrayna üzərində nəzarəti ələ keçirsə, potensial olaraq orada hərbi baza və raketlər yerləşdirəcək.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin üzvü Viktor Sobolev deyib.

"Donald Tramp bizim deyil. Əgər o, danışdığı planları həyata keçirirsə, bu, bizim üçün qəbuledilməzdir. Bu, mənim şəxsi fikrimdir. O, büdrəyib yıxılan keçmiş prezident Co Baydendən də pisdir. ABŞ yalnız öz milli maraqlarını rəhbər tutur və Ukraynanın təbii sərvətlərini əldə edərək, İraq, Suriya və digər ölkələrdə olduğu kimi, öz əmlakını müdafiə edəcək. Gələcəkdə Tramp başqa bir liderlə əvəzlənəndə o, Rusiyaya və onun rəhbərliyinə qarşı daha ​​da aqressiv ola bilər", - Sobolev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31