Trampdan Putinə ŞOK SÖZLƏR: "Çox qəzəbliyəm, səbrimin həddi var"

Ukraynada atəşkəs üçün səylər göstərən ABŞ prezidenti Donald Tramp sonda həm Ukrayna lideri Volodimir Zelenski, həm də Rusiya lideri Vladimir Putini sərt tənqid edib.

Olaylar.az xəbər verir ki, Rusiyanı 30 günlük ümumi atəşkəsə razı sala bilməyən və Avropa ilə fikir ayrılığına düşmüş Tramp Putini hədəf alıb.

"Rusiyaya qarşı çox qəzəbliyəm. Rusiyanın Ukrayna lideri Zelenskinin qanuni hökmdar olub-olmadığını şübhə altına alması absurddur. Səbrimin bir həddi var. Əgər atəşkəs üçün ağlımdakı psixoloji tarix keçərsə, mən istəməsəm də, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə göstəriş verəcəm" - o deyib.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının direktoru Andrey Kortunov isə bildirib ki, atəşkəs üçün son tarix iyunun ortaları ola bilər. O, Ukrayna müharibəsində atəşkəs məsələsinin son dərəcə mürəkkəb xarakter daşıdığını əsas gətirib.

"Aprelin 20-nə qədər 3 həftə var. Bu müddət ərzində razılığa gəlmək çox çətindir. Atəşkəs bəyannaməsi üçün ən məntiqli tarix iyun ayının ortaları olacaq" - Kortunov deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31