CERN yeni nəhəng atom toqquşdurucusu inşa etməyi planlaşdırır– ÖZƏL
1 Aprel 2025 12:50 DünyaOlaylar.az xəbər verir ki, CERN alimləri 91 kilometrlik yeni atom toqquşdurucusu - Gələcək Dairəvi Toqquşdurucu (FCC) layihəsini təqdim ediblər. 16 milyard dollar dəyərində olan bu qurğunun 2040-cı illərin ortalarında istifadəyə verilməsi planlaşdırılır.
Yeni toqquşdurucu Higgs bozonunu daha dəqiq öyrənmək, eləcə də kriogenika, superkeçirici maqnitlər və vakuum texnologiyalarında irəliləyiş əldə etmək məqsədilə qurulacaq. CERN mütəxəssisləri 100-dən çox fərqli ssenarini nəzərdən keçirərək, 200 metr dərinlikdə və 5 metr diametrdə olacaq bu qurğunu seçiblər.
Layihənin icrası üçün yekun qərarı CERN-in 2028-ci ildə üzv ölkələri verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31