ABŞ əsgəri Litvadan Belarusiyaya qaçmağa cəhd edib– ÖZƏL

Olaylar.az xəbər verir ki, Litvada hərbi təlim zamanı bataqlıqda batan M88A2 Hercules evakuasiya maşını ilə bağlı hadisənin son nöqtəsi hələ qoyulmayıb. Maşından çıxarılan üç amerikalı əsgər ölü elan edilib. Ancaq dördüncü ekipaj üzvü tapılmayıb.

Bir müddət sonra Belarus gömrükçüləri Litvadan gələn qatarda ABŞ vətəndaşı olan 27 yaşlı bir şəxsi aşkarlayıb və onu sərhədi qanunsuz keçdiyinə görə saxlayıblar. Onun ABŞ ordusunun itkin düşən əsgəri olub-olmadığı məlum deyil, amma ehtimal edilir ki, o, maşının batmasına görə məsuliyyət daşıyan komandir və ya sürücü ola bilər.

Hərbi ekspert Aleksandr Zimovski bildirib ki, qaçan şəxs Litvada axtarılacağından qorxaraq gizlənmək istəyib. Ola bilsin ki, yanlışlıqla Belarusiyaya keçib, çünki qeyri-qanuni sərhəd keçidi bu ölkədə ciddi cinayət sayılır və həbs cəzası ilə nəticələnə bilər.

ABŞ-nin Minskdəki səfirliyi bağlandığı üçün rəsmi reaksiya gözlənilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31