Tramp: Ukrayna NATO-ya üzv olmaq üçün müqavilə şərti irəli sürüb– ÖZƏL
1 Aprel 2025 11:14 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna NATO-ya üzvlük məsələsini təbii sərvətlərin işlənməsi ilə bağlı razılaşmanın daha sərt şərtlərlə bağlanması üçün şərt kimi irəli sürüb.
"Mən gördüm ki, Zelenski nadir torpaq metalları ilə bağlı sazişin şərtlərini yenidən nəzərdən keçirmək istəyir. Biz artıq bu müqaviləni razılaşdırmışdıq. Ancaq indi mətbuat nümayəndələrindən eşidirəm ki, o, NATO-ya üzvlük və ya buna bənzər bir şey naminə bu sazişə getməyə hazırdır. Bu, heç vaxt müzakirə olunmayıb, birincisi. İkincisi, daha əvvəl Putin artıq bəyan etmişdi ki, Ukrayna NATO-ya üzv olmamalıdır. Məhz bu səbəbdən münaqişə başladı", - deyə Tramp bildirib.
Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, Ukrayna ABŞ-la bağlanan təbii sərvətlərin işlənməsi müqaviləsinə dəyişikliklər edilməsini istəyir. Kiyev hökuməti investisiya həcminin artırılmasını tələb edir.