Mask: ABŞ Sülh İnstitutu qəsdən məlumatları sildi, amma biz bərpa etdik- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ hökumət qurumlarının effektivliyini artırmaq məqsədilə fəaliyyət göstərən DOGE agentliyi, İlon Maskın rəhbərliyi altında, ABŞ Sülh İnstitutu tərəfindən qəsdən silinmiş məlumatları bərpa edib.

"Dövlət qurumlarının adları adətən onların əsl mahiyyətinə zidd olur. Onlar maliyyə ilə bağlı terabaytlarla məlumatı öz cinayətlərini gizlətmək üçün sildilər. Amma texnologiyanı anlamırlar, biz onları bərpa etdik", - Mask X sosial şəbəkəsində yazıb.

Bundan əvvəl The Washington Post qəzeti mənbələrə istinadən yazmışdı ki, DOGE agentliyi Sülh İnstitutunun baş qərargahında çalışanların əksəriyyətini işdən azad edib. Məlumata görə, 200-300 nəfər işdən çıxarılıb, bəzilərinə isə təzminat və ya tibbi sığortanın uzadılması qarşılığında apelyasiya hüququndan imtina təklif edilib.

Ümumilikdə, ABŞ Sülh İnstitutunda 600-ə yaxın işçi çalışır. İnstitutun Vaşinqtondakı baş qərargahından başqa, Ukraynada, Filippində və Afrikanın Saharaaltı bölgələrində də missiyaları fəaliyyət göstərir. Rəsmi olaraq institutun əsas missiyası münaqişələrin həlli və qarşısının alınmasına dəstək verməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31