Maskı saxlamaq istəyərdim, ancaq gedəcək

ABŞ Prezidenti Donald Tramp Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Maskın Ağ Evdəki işinin başa çatacağına və mayın sonunda DOGE proqramının bağlanacağına işarə edib.

Putin bu addımı atmasa, məcbur olacam – Tramp

 Olaylar.az xəbər verir ki, bu barədə "Politiko" Amerika liderinin konsert biletlərinin yenidən satışının tənzimlənməsi haqqında fərmanın imzalanması mərasimi zamanı verdiyi açıqlamalarına istinadən məlumat yayıb.
Tramp bildirib ki, Maskın fəaliyyətinin yüksək qiymətləndirilməsinə baxmayaraq, o, tezliklə şirkətlərini idarə etməyə qayıda ola bilər.
Prezident Maskı hökumətdə mümkün qədər uzun müddət saxlamaq istədiyini, lakin onun müvəqqəti təyinatının may ayında başa çatacağını vurğulayıb:
"O, heyrətamizdir, amma həm də onun idarə edəcəyi böyük bir şirkəti olduğunu düşünürəm və buna görə də nə vaxtsa geri qayıdacaq. O, bunu istəyir. Bacardığım qədər onu uzun müddət saxlayardım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31