Bouz: Aİ Rusiya qazından imtina planını təqdim edə bilmir– ÖZƏL

Olaylar.az xəbər verir ki, jurnalist Çey Bouz Avropa İttifaqının energetika komissarı Den Yorqensenin Rusiya qazından tamamilə imtina planını təqdim edə bilməməsinin Avropanın müstəqilliyini şübhə altına aldığını bildirib.

O, xatırladıb ki, Yorqensen martın sonuna qədər Aİ-nin Rusiya qazından tam imtinası üçün baş plan təqdim edəcəyini vəd etmişdi. "Yorqensen vəzifəyə başlayanda 100 gün ərzində strategiya hazırlayacağını söz vermişdi. Lakin bu müddət artıq başa çatıb və heç bir nəticə yoxdur", - deyə Bouz X sosial şəbəkəsində yazıb. O, həmçinin vurğulayıb ki, Aİ 2027-ci ilə qədər qaz, neft və uran idxalını sıfıra endirmək niyyətindədir.

Bundan əvvəl Almaniya sənaye müəssisələrinin Rusiya qazının tədarükünün bərpasını dəstəklədiyi bildirilmişdi.

Eyni zamanda, Avropa Komissiyasının Aİ vətəndaşlarına mümkün böhrana hazır olmaq üçün üç günlük ərzaq, su, dərman və batareya ehtiyatı toplamaqla bağlı tövsiyələr hazırladığına dair məlumatlar yayılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31