Kallas əmindir: NATO Trampın prezidentliyi dövründə möhkəm qalacaq- ÖZƏL
1 Aprel 2025 10:17 DünyaAvropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas NATO-nun ABŞ prezidenti Donald Trampın prezidentlik dövrünü uğurla keçəcəyinə əmin olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, "bu, güclü alyansdır", - deyə Kallas ispaniyanın El Mundo qəzetinə müsahibəsində vurğulayıb. Diplomat, NATO-nun Trampın prezidentliyi müddətində davam edəcəyi ilə bağlı suala "Mən əminəm" cavabını verib.
ABŞ-ın yeni gömrük rüsumları tətbiq etməsi fonunda mümkün ticarət müharibəsinə toxunan Kallas, Vaşinqtonla münasibətlərdə tarazlığın vacib olduğunu qeyd edib. "Əgər ABŞ öz müttəfiqləri ilə ticarət müharibəsinə başlasa, bundan həqiqətən Çin qazanc əldə edəcək", - deyə o bildirib. Onun sözlərinə görə, hazırda Brüssel Amerika tərəfi ilə razılığa gəlməyə çalışır.
Zeynəb Mustafazadə