Obama ilə seçki yarışında mübarizə aparmaq istərdim - Tramp

ABŞ Prezidenti Donald Tramp növbəti seçkilərdə Barak Obamaya qarşı mübarizə aparmaqdan məmnun olacağını bildirib.

Olaylar.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp seçkilərdə namizədliyini irəli sürmək barədə hələ ciddi düşünmədiyini vurğulayıb.

"Mən bu məsələni heç vaxt araşdırmamışam. Deyirlər, bunun bir yolu var, amma mənim xəbərim yoxdur", - Tramp qeyd edib.

Jurnalistlər ondan əgər Demokratların namizədi Obama olsa, özünü necə hiss edəcəyini soruşduqda, Tramp "Çox istərdim. Yaxşı olardı", - cavabını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31