İran raketləri döyüş hazırlığı vəziyyətinə gətirib – KİV
31 Mart 18:49 DünyaABŞ prezidenti Donald Trampın İranın bombalanması ilə əlaqədar hədəsi nəzərə alınaraq İran raket sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, bütün yeraltı bazalarda raketlər raket atan sistemlər üzərində quraşdırılıb və buraxılmağa hazırdır.
Qeyd edilir ki, Tehran ABŞ və müttəfiqləri tərəfindən hər hansı addım atıldığı halda, sərt reaksiya veriləcək.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran nüvə proqramı ilə bağlı sazişə razılıq verməsə, İran görünməmiş bombardmanlarla üzləşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31