Tramp İranı bombalamaq əmri versə… – Xamenei

"Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək".

Globalinfo.az xəbər verir ki, bunu İranın Ali rəhbəri Seyid Əli Xamenei deyib.

"Onlar bizi hədələyirlər, lakin hər hansı bir pis niyyətlə hərəkət etsələr güclü zərbə alacaqlar", - Xamenei bildirib.

Qeyd edək ki, D.Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə, İranın bombardmana məruz qoyacağını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31