Tramp üçüncü dəfə prezident seçilmək istəyir: planlarını açıqladı
31 Mart 09:09 DünyaTramp üçüncü dönəm prezident seçilmək istəyini səsləndirərkən zarafat etmədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ lideri "NBC"yə müsahibəsində deyib.
"Mən işləməyi sevirəm. Zarafat etmirəm, lakin bu barədə düşünmək hələ tezdir. Bir çoxları mənim bunu etməyimi istəyirlər. Mən isə onlara bildirirəm ki, bizim hələ çox yolumuz var və bu barədə danışmaq hələ çox tezdir. Hələ ki bütün diqqətim hazırkı dövrdədir", - Tramp bildirib.
Jurnalistin vitse-prezident Cey Di Vensin namizəd olması, seçkidə qalib gəlməsi və daha sonra postu Trampa təhvil verməsi ehtimalı barədə sualına isə prezidentin cavabı konkret olub:
"Bu da variantlardan biridir. Başqaları da var", - o deyib.
Qeyd edək ki, 1947-ci ildə konstitusiyaya edilən düzəlişə əsasən, ABŞ prezidenti iki müddətdən artıq prezidentliyə namizəd ola bilməz.