Rusiyada naməlum virus yayılır
30 Mart 10:18 DünyaRusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") naməlum virusa yoluxma halları ilə bağlı yayılan məlumatları nəzarətə götürüb.
Trend xəbər verir ki, bu barədə qurum öz "Telegram" kanalında açıqlama verib.
"Rospotrebnadzor" bildirib ki, sosial şəbəkələrdə yayılan bütün son məlumatlar araşdırılır və hazırda virusla bağlı vəziyyət nəzarət altındadır.
Yoluxan şəxslərin sözlərinə görə, xəstəlik əvvəlcə ağrı və halsızlıqla başlayır. Lakin bir neçə gün sonra şiddətli zəiflik, yüksək hərarət və qan öskürmə ilə müşayiət olunur. Eyni zamanda, COVID-19 və A, B qripi testləri mənfi nəticə verir.
Mütəxəssislər bu xəstəliyin mikoplazma pnevmoniyası ola biləcəyini ehtimal edirlər. Qeyd edək ki, analoji hallar ötən ilin dekabr ayında da qeydə alınmışdı.