Makron 31 ölkə rəsmilərini topladı - Zelenski məyus oldu

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin müttəfiqlərinin Parisdə təşkil etdiyi sammitin nəticələrindən məyus olub.

Axar.az  xəbər verir ki, bu barədə "Le Monde" nəşri yazıb.

Bildirilib ki, partnyorlar və müttəfiqlər arasında Ukraynaya hərbi kontingentin göndərilməsi ilə bağlı fikir ayrılığı var:

"Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşun yeritmək planının yekdilliklə dəstəklənmədiyini etiraf edib. Zelenski bu nəticədən məyus olduğunu gizlətməyib".

Qeyd edək ki, Parisdə Ukrayna ilə bağlı 31 ölkədən nümayəndə heyəti və liderlərinin qatıldığı sammit 27 martda keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31