ABŞ-də parkda dəhşət yaşandı - ölən və yaralanan var
22 Mart 2025 15:25 DünyaABŞ-nın Nyu Meksiko ştatının Las Kruses şəhərindəki Yanq Parkda atışma olub.
Bu barədə yerli polis departamentindən bildirilib.
Məlumata görə, silahlı insident nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə güllə yarası alıb.
Hadisə yerində təcili yardım xidmətləri işləyir.
Məsələnin təfərrüatları araşdırılır, atəş açan şəxsin axtarışları davam edir. /"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31