İmamoğlunu dəstəkləyənlər saxlanıldı – Rəqəm

İ

Dünən gecə saatlarında İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə keçirilən etiraz aksiyalarında 343 şübhəli tutulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

"İctimai asayişi pozmağa çalışan, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edən, xaos və təxribat axtaranlara heç vaxt imkan verilməyəcək. Asayişimizin, təhlükəsizliyimizin təminatçısı olan polis əməkdaşlarımız gecə-gündüz növbətçidir", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31