Terrorçu ilə əlaqələri üzə çıxdı
22 Mart 2025 12:34 DünyaTürkiyədə Baş Prokurorluq tərəfindən Əkrəm İmamoğlu barəsində başladılan istintaq davam edir.
Axar.az bildirir ki, davam edən istintaq zamanı İmamoğlu ilə bağlı bəzi təfərrüat ortaya çıxıb.
Belə ki, PKK terror təşkilatına yardımla bağlı istintaqın əsas şübhəlilərindən biri olan və xaricə qaçan Azad Barışla İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu arasında 253 mənbədə müştərək məlumatlar aşkar edilib.
Türkiyə mediası bu informasiyaların və nə kimi bağlantıların olduğunu açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31