İrəvan Minsk qrupunun buraxılması üçün müzakirələr başladır
22 Mart 2025 10:28 DünyaErmənistan ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı müzakirələrə başlamağa hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
"Biz deyirdik ki, müzakirə edilə bilən və müzakirə edilməyən məsələlər var. Müzakirə edilə bilənlərdən biri ATƏT-in Minsk Qrupunun buraxılması imkanıdır. Bir daha təkrar edirəm: ATƏT MQ-nin buraxılması məsələsi müzakirəyə açıqdır. Biz yaxın zamanda bu barədə müzakirələr başlatmaq niyyətindəyik", - Paşinyan deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31