Suriya Prezidenti Putindən Bəşşar Əsədin təhvil verilməsini istəyib

Keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şəraa Rusiya Prezidenti Vladimir Putindən keçmiş ölkə başçısı Bəşşar Əsədin Suriyaya təhvil verilməsini tələb edib.

Trend xəbər verir ki, bu barədə "Al Arabiya" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Əş-Şəraa rəsmi olaraq Əsədin məhkəmə qarşısına çıxarılması üçün onun Suriyaya qaytarılmasını istəyib.

Lakin məsələ ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31