Etiraz aksiyaları Türkiyəni bürüdü: 97 nəfər saxlanıldı

İmamoğlunun həbsinə etiraz edənlər nümayiş və yürüşlərə qadağa qoyulmasına baxmayaraq küçələrə axışıb.

Globalinfo.az xəbər verir ki, etirazçılarla təhlükəsizlik qüvvələri arasında ara-sıra toqquşmalar olub.

Bəzi nümayişçilərin polisə su şüşələri, odun parçaları və məşəllər atdığı görülüb.

Nümayişi dağıtmaq üçün polis bibər qazından və su şırnağında istifadə etməli olub.

Bu gecə keçirilən etiraz aksiyalarında Türkiyə daxilində 97 nəfərin saxlanıldığı açıqlanıb.

Nazir Yerliqaya sosial media hesabındakı paylaşımında deyib:

"Polis əməkdaşlarımız səbr və sağlam düşüncə ilə əziz millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edənlərə təxribatlara və vandalizmə yol vermədilər və etməyəcəklər. Çağırışları ilə küçələrdə terror törətməyə cəhd edənlər heç vaxt məqsədlərinə çatmayacaqlar.

Bu gecəki nümayişlərdə 97 nəfər şübhəli bilinərək həbs edilib. Asayişimizin, təhlükəsizliyimizin təminatçısı olan polis əməkdaşlarımız gecə-gündüz növbətçiliyindədir".

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Özgür Özəl İstanbulda baş tutan mitinqdə 300 min nəfərin iştirak etdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31