Danimarka Baş naziri: Avropa 3-5 ilə tam müdafiə qabiliyyətinə malik olmalıdır- ÖZƏL
19 Mart 2025 13:29 DünyaAvropa qarşıdakı 3-5 il ərzində öz müdafiə qabiliyyətini tam təmin etməlidir. Olaylar.az xəbər verir ki, bu fikri Danimarka Baş naziri Mette Frederiksen Avropanın Politico nəşrinə müsahibəsində bildirib.
"Mən tam şəkildə Avropanın yenidən silahlanmasının tərəfdarıyam və çox iddialı bir məqsəd müəyyən etməliyik. 3-5 il ərzində biz Avropada özümüzü tam müdafiə etməyə hazır olmalıyıq", - deyə Frederiksen vurğulayıb.
O, həmçinin Avropa İttifaqı ölkələrində silahlanma prosesinin lazımi sürətlə getmədiyini qeyd edib. Baş nazirin sözlərinə görə, Aİ hələ də sülh dövrünün düşüncə tərzinə əməl edir və bu yanaşmanın tez bir zamanda dəyişdirilməsinə ehtiyac var. Bununla yanaşı, ittifaqın müdafiə sektorunun maliyyələşdirilməsini artırmaq üçün bəzi maneələrin aradan qaldırılması vacibdir.