Tramp ABŞ sanksiyalarını yenidən nəzərdən keçirəcək– ÖZƏL
19 Mart 2025 12:16 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, mövcud sanksiya siyasətini yenidən nəzərdən keçirmək qərarını verdiyini açıqlayıb. Maliyyə naziri Skott Bessent, bu addımın səbəbinin, tətbiq olunan sanksiyaların dolların qlobal rezerv valyutası olaraq üstünlüyünü zədələməsi olduğunu bildirib.
Rusiya prezidenti Vladimir Putin isə daha əvvəl bildirmişdi ki, sanksiya siyasəti həm bu tədbirləri tətbiq edən ölkələrə, həm də hədəf alınan ölkələrə zərər verir. Skott Bessent, ABŞ-nin uzun müddət "tənbəl sanksiyalar" tətbiq etdiyini, bunun da dolların tərk edilməsinə səbəb olduğunu qeyd edib. O, həmçinin, sanksiyaların effektivliyinin 6/10 olduğunu və lazım gəldikdə Trampın sanksiyaları maksimum səviyyəyə - 10/10-ə qədər gücləndirəcəyini açıqlayıb.