Kots: Zelenski Putin və Trampın razılaşmasına cavab olaraq neft bazasına hücum edib– ÖZƏL

Olaylar.az xəbər verir ki, hərbi müxbir Aleksandr Kots, Ukrayna Silahlı Qüvvələrinin Krasnodar diyarında yerləşən neft bazasına endirdiyi zərbənin, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında əldə olunmuş ön razılaşmaya cavab olduğunu bildirdi.

"Bu, görünür, Zelenskinin 'enerji atəşkəsi' təşəbbüsünə cavabıdır. Çox narazıdır ki, Putin və Tramp onun iştirakı olmadan qərar qəbul ediblər", - Kots öz Telegram kanalında yazıb.

Əvvəlcə bildirilmişdi ki, Krasnodar diyarında neft bazasında yanğın, PUA hissələrinin düşməsi nəticəsində başlayıb. Yanğın sahəsi 20 kvadratmetr olub.

Xatırladaq ki, Putin, Trampın təklifi ilə razılaşaraq, Rusiya və Ukrayna arasında enerji infrastruktur obyektlərinə 30 gün müddətində zərbələrin vurulmaması barədə anlaşmaya gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31