Tramp: Putinlə Ukraynaya hərbi yardımı müzakirə etməmişik– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində martın 18-də Rusiya lideri Vladimir Putinlə keçirdiyi telefon danışığında Ukraynaya Qərb ölkələrinin hərbi yardımını dayandırmaq məsələsinin müzakirə olunmadığını bildirib.

"Biz yardım haqqında danışmadıq. Ümumiyyətlə, bu mövzunu qaldırmadıq. Çox məsələləri müzakirə etdik, lakin yardım onlardan biri deyildi", - Tramp vurğulayıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya tərəfi atəşkəsin şərtləri arasında Kiyevə hərbi dəstəyin dayandırılmasını irəli sürməyib.

Putin və Tramp arasında telefon danışığı martın 18-də baş tutub. Kremlin məlumatına görə, liderlər Ukraynada vəziyyətin nizamlanması və beynəlxalq gündəmdəki bir sıra məsələləri müzakirə ediblər.

Rusiya tərəfi bildirib ki, Putin Vaşinqtonun 30 gün müddətində tərəflərin enerji obyektlərinə zərbə endirməməsi təklifinə razılıq verib.

Ağ Ev isə hər iki ölkənin Ukrayna üzrə texniki danışıqlara başlamaq barədə razılığa gəldiyini və ekspert qruplarının yaradılacağını elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31