SEPAH-ın güllələnən ikinci üzvü də öldü

Martın 15-də Sistan və Bəlucistan əyalətinin Təftan rayonunda güllələnən SEPAH üzvü Huşəng Bamiri bu gün xəstəxanada ölüb.

Olaylar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Qeyd edək ki, adıçəkilən SEPAH üzvü və onun qardaşı, SEPAH zabiti Musa Bamiri naməlum şəxslər tərəfindən güllələnib.

Musa Bamiri yerindəcə həlak olub, Huşəng Bamiri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı.

Bu günə kimi hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31