Moskva: İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsi təəssüf doğurur – ÖZƏL
18 Mart 2025 16:27 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında hərbi əməliyyatları yenidən başlamasını təəssüflə qarşıladığını bildirib.
"Moskva İsrailin hərbi əməliyyatları bərpa etməsini dərin təəssüflə qarşılayır. Təcrübə göstərir ki, girovların azad edilməsi məsələsini güc yolu ilə həll etmək mümkün deyil. Rusiya dinc əhalinin həlak olması və sosial infrastrukturun dağıdılmasına səbəb olan istənilən hərəkəti qətiyyətlə pisləyir," - deyə nazirliyin bəyanatında vurğulanıb.
Rusiya, həmçinin, İsrail və Fələstini girov məsələsinin həlli üçün danışıqlara qayıtmağa çağırıb. Nazirlik qeyd edib ki, kompromis əsaslı həll yolunun tapılması Qəzzada vəziyyətin sabitləşməsinə və Fələstin anklavının bərpasına imkan yarada bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31