İsrailinin aviazərbələri nəticəsində HƏMAS baş naziri həlak olub
18 Mart 2025 14:48 Dünyaİsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində HƏMAS-ın bölgədəki faktiki baş naziri İssam əd-Daalis həlak olub.
Olaylar.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata əsasən, HƏMAS hökumət başçısı mərminin onun evinə düşməsi nəticəsində həyatını itirib.
Bundan başqa, telekanalın məlumatına görə, İsrail bombardmanı zamanı HƏMAS-ın daxili işlər nazirinin müavini Mahmud Əbu Vətfa da öldürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31